"Bavariya"da növbəti ayrılıq

"Bavariya"nın müdafiəçisi Rafinya mövsümün sonunda komandadan ayrılacaq.

Bu barədə klubun saytı məlumat yayıb. Rafinya 2011-ci ildən bəri "Bavariya"nın formasını geyinirdi.

"Birlikdə möhtəşəm 8 ili arxada qoyduq. Bu müddət ərzində bir-birindən gözəl anlar yaşadıq. Hər şeyin məhz bu şəkildə baş verməsinə görə çox şadam. Ancaq hər futbolçunun karyerası bir gün sona yaxınlaşır. Hazırda mən də eyni perioddan keçirəm. Xoş xatirələrlə klubdan ayrılıram", - deyə 33 yaşlı futbolçu qeyd edib.

Rafinya karyerasını "Flamenqo"da davam etdirəcək.

Qeyd edək ki, "Bavariya" daha əvvəl Aryen Robben və Frank Riberinin komandanı tərk edəcəyini bəyan etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR