"Bavariya"nı "Flamenqo"ya dəyişdi (FOTO)

"Bavariya"nın sabiq müdafiəçisi Rafinya karyerasını "Flamenqo"da davam etdirəcək.

Braziliya klubu transferi açıqlayıb. Rafinya ilə 2 illik müqavilə imzalanıb. Saziş iyulun 1-dən etibarən qüvvəyə minəcək.

33 yaşlı futbolçu 2011-ci ildən bəri "Bavariya"da çıxış edirdi. 2018-19 mövsümündə Bundesliqada 16 matçda meydana çıxan Rafinya 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR