Baxışov 12-ci, Alxasov 7-ci oldu

Baxışov 12-ci, Alxasov 7-ci oldu
22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
 
Sport7.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də çıxış edirlər.

Bu gün onlardan daha ikisi – İsmayıl Baxışov və Əlimərdan Alxasov da körpücük üzərinə çıxıblar. Onlar yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 77 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.

İsmayıl Baxışov birdən qaldırma hərəkətində 110 kq nəticə ilə 12-ci, təkanla qaldırma hərəkətində isə 145 kq nəticə ilə 9-cu olub. Toplam 255 kq (110+145) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 12-ci yeri tutub.

Əlimərdan Alxasov birdən qaldırma hərəkətində 114 kq nəticə ilə 10-cu, təkanla qaldırma hərəkətində isə 151 kq nəticə ilə 7-ci olub. Toplam 265 kq (114+151) nəticə ilə atletimiz bu çəkinin yekun sıralamasında 7-ci yeri tutub.
 
Sport7.az

Xəbər lenti