"Zirə"dən uğursuz start - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində bu gün növbəti matç keçirilib.

Sport7.az xəbər verir ki, "Səbail" evdə "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bayıldakı stadionda yeganə qolu "Səbail"in legioneri Yevgeni Koçuk 79-cu dəqiqədə penaltidən vurub. Beləliklə Aftandil Hacıyevin komandası yeni mövsümə qələbə ilə start verib.
 
Azərbaycan Premyer Liqası

I tur

18 avqust

20:00. "Səbail” – "Zirə” 1:0
(Yevgeni Koçuk, 79-p.) 

"Səbail": 85. Kamal Bayramov (k), 34. Ürfan Abbasov, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 55. Adil Nağıyev, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

"Zirə": 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 8. İlkin Muradov, 4. Elvin Camalov, 7. Cavid Hüseynov (k), 23. Kqasvane Mfo, 48. Şafik Tiqrudja, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodriges, 5. Anastasios Papazoğlu, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 25. Miloş Bakraç, 11. Soni Norde, 70. Nicat Süleymanov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
"ASCO Arena"

Turun qalan bir görüşü isə sabah "Neftçi" ilə "Sabah" arasında keçiriləcək. 
 
Geridə qalan görüşlərin nəticəsi isə aşağıdakı kimi olub.
 
"Qəbələ” – "Sumqayıt” 0:2 
(Mehdi Şərifi, 13, 29)
 
"Keşlə” – "Qarabağ” 0:1
(İsmayıl İbrahimli, 78)  

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR