Bəhlul Mustafazadə:

Bəhlul Mustafazadə: "Bu vəziyyətə özümüz düşmüşük"

Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ"ni qəbul edən "Sabah" meydanı məğlub (0:1) tərk edib.

Sport7.az xəbər verir ki, bakılıların müdafiəçisi Bəhlul Mustafazadə qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

- "Sabah” bu mövsümdə hələ qalib gəlməyib. Probleminiz nədir?

- Bu gün istəmədiyimiz nəticə oldu. Çalışırdıq ki, bu matçda qalib gələk. Üç xal istəyirdik, çünki qələbəmiz yox idi. Amma belə alındı. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq uğursuz seriyaya son qoyaq və gələn oyunda mütləq qalib gələk. Futboldur, belə alındı. Qısa müddətdə toparlanıb, qələbə qazanmalıyıq.

- "Qəbələ”yə məğlubiyyətinizin əsas səbəbi nə oldu?

- Fikrimcə, ilk hissədəki epizodlarımızdan yararlansaydıq, rahatlaşardıq. Qol vurmadıqca özümüzü stresə saldıq. Mütləq qələbə qazanmaq istəyirdik. Qol vura bilmirdik, vaxt keçirdi və üzərimizdə təzyiq yaranırdı.

- Yetirməsi olduğunuz kluba qarşı oynamaq sizin üçün xüsusi önəm daşıyırdı?

- Xüsusi bir şey yox idi, adi çempionat oyunu oldu. Əlimdən gələni etdim ki, komandama köməyim dəysin.

- Oyundan sonra baş məşqçi futbolçularla söhbət etdi. Sizə irad bildirdi?

- Əlbəttə. Bu vəziyyətə özümüz düşmüşük və bunu düzəltməliyik. Ümid edirəm ki, qısa zamanda düzəldə biləcəyik.

- Məşhur türkiyəli agent Muzzi Özcan sizinlə İngiltərə klublarının maraqlandığını bildirib. Belə bir məlumatınız var?

- Mənim xəbərim yoxdur və kimsə nəsə deməyib. (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR