Bekhemin heykəli qoyulacaq

Bekhemin heykəli qoyulacaq

ABŞ-ın "Los-Anceles Qelaksi” klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Heykəl Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi "StubHub Center” arenasının girişində olacaq.

Qeyd edək ki,  44 yaşlı yarımmüdafiəçi 2007-2012-ci illərdə Los-Anceles Qelaksi”nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub. O, karyerası ərzində vətənində "Mançester Yunayted”, İspaniyanın "Real”, İtaliyanın "Milan” və Fransanın PSJ klublarının da formasını geyinib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR