Belarus çempionatında koronavirus ŞOKU

Belarus çempionatında koronavirus ŞOKU

Dünyada koronavirusa görə bir çox çempionatlar dayandırılsa da Belarus bu addımı atmamışdı.
 
Sport7.az xəbər verir ki, ölkə çempionatının davam etdiyi Belarus futbolunda da artıq infeksiyanın əlamətlərinə rast gəlinib. Belə ki, "Minsk"in rəhbəri İqor Şolido futbolçuladan birində virusun əlamətlərinə rast gəlindiyini açıqlayıb.
 
O, açıqalamasında "Təəssüf ki, bir futbolçuda koronavirus şübhəmiz var. Dutumu normaldı, amma virusun daşıyıcısıdı. Test aparılıb və nəticələrin çıxmasını gözləyirik" ifadələrini işlədib.
 
Komandanın məşqləri dayandırılıb və lazımı tədbirlər alınacağı bildirilib. Digər tərəfdən iddialara görə "Minsk"də virusu daşıyan futbolçu sonuncu oyunda Qorodeya səfərinə getməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR