Belarusiyada üsyan: “Bizim də ailəmiz var!”

Belarusiyada üsyan: “Bizim də ailəmiz var!”

Bütün Avropada futbol çempionatları dayandırılsa da, Belarusiyada koronavirus qadağası tətbiq olunmayıb.

Sport7.az xəbər verir ki, vəziyyətin belə davam etməsi bu ölkədə çıxış edən əcnəbi futbolçuların ciddi narazılığına səbəb olub.

Bu dəfə Minsk "Dinamo”sunun legioneri Danilo etiraz səsini ucaldıb: "Biz nə üçün futbol oynayırıq? Bütün dünyada futbol dayanıb. Amma biz hələ də oynayırıq. Sabah nə olacağına kim təminat verə bilər? Bizim də ailəmiz var. Əvvəlcə çempionatın dayandıra biləcəyindən danışırdılar. İndi də bəhanə edirlər ki, 10 fərqli ölkənin telekanalı ilə sözləşmə imzalanıb. Ailəmiz də bizə görə çox narahatdı”.

Xatırladaq ki, Belçika vətəndaşı olan braziliyalı futbolçunun Minsk klubu ilə müqaviləsi iyun ayına qədərdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR