Belçika darmadağınla qalib gəldi, Portuqaliya xal itirdi

Belçika darmadağınla qalib gəldi, Portuqaliya xal itirdi

Fransda keçirilən Avropa çempionatının qrup mərhələsində daha 3 oyun baş tutub. Sport7.az xəbər verir ki, E və F qrupunda yer alan komandalar ikinci matçına çıxıb.

Günə Belçika və İrlandiya matçı ilə start verilib. İlk matçında İtaliyaya 0:1 hesabı ilə uduzan Belçika acığını İrlandiyadan çıxıb - 3:0. 

F qrupunda isə İslandiya ilə Macarıstan münasibətlərə aydınlıq gətirib. 90 dəqiqə 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında da sülh qeydə alınıb. Portuqaliya bu dəfə Avstriyaya qalib gələ bilməyib - 0:0.


Avropa çempionatı
Qrup mərhələsi
II tur
18 iyun
 
E qrupu
17:00. Belçika - İrlandiya - 3:0
Qollar: Romelu Lukaku, 48, 70, Axsel Vitsel, 61 
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Onqun
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek (hamısı Türkiyə)
Dördüncü hakim: Benio Bastien (Fransa)
Ehtiyat yan xətt hakimi: Frederik Kano (Fransa)
Hakim-inspektor: Devid Elleri (İngiltərə)
UEFA nümayəndəsi: Sviatlana Xrinkeviç (Belarus)
Bordo. Şəhər stadionu
  
F qrupu
20:00. İslandiya - Macarıstan - 1:1
Qollar: Siqordsson, 39-pen. (1:0), Saevarsson, 88-avtoqol (1:1)

Baş hakim: Sergey Karasyev
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutşin (Belarus)
Hakim-inspektor: Damyar Damkova (Çexiya)
UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)
Marsel. "Velodrom” stadionu
 
23:00. Portuqaliya - Avstriya - 0:0
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito di Liberator, Mauro Tonolini
Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksandru Tudor (Rumıniya)
Ehtiyat yan xətt hakimi: Oktavian Şovre (Rumıniya)
Hakim-inspektor: Bo Karlsson (İsveç)
UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)
Paris. "Stad de Frans”

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR