Durunda Azərbaycandan getdi - "Belə diqqət dünyanın heç bir yerində yoxdu!"

Durunda Azərbaycandan getdi -
"Hər şeyə görə təşəkkür edirəm və səni çox sevirəm, Azərbaycan! Həmişə qəlbimdə qalacaqsan!”.
 
Sport7.az xəbər verir ki, bunu Azərbaycan millisinin gimnastı Marina Durunda şəxsi instaqram səhifəsində yazıb.
 
Yığmamızın 20 yaşlı lideri bundan sonra xalçaya çıxmayacağını açıqlayıb.
 
IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Durunda artıq karyerasını bitirdiyini yazıb: "Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə, masajçılara və digər şəxslərə ürəkdən təşəkkür edirəm. Azərbaycan millisinin şərəfini qoruduğum 5 il ərzində mənə inanan, kömək edən, qeydimə qalan və dəstək olan hər kəsə minnətdaram. Sizsiz heç nəyə nail ola bilməzdim. Sizdən ayrılmaq mənə çox ağırdı. Hər birinizlə ayrı-ayrılıqda görüşüb, təşəkkür edə bilmədiyim üçün üzr istəyirəm. Nə vaxtsa yenidən görüşəcəyimizə inanıram.
 

 
"Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Azərbaycan Gimnastika Federasiyasına və şəxsən federasiyanın prezidenti, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya məşqlər üçün yaxşı şərait yaratdığına, dəstəyinə və idmançıların qeydinə qaldığına görə "sağ ol” deyirəm. Belə diqqət dünyanın heç bir yerində yoxdu. Biz idmançıların əməyini bu cür qiymətləndirdiyiniz üçün təşəkkür edirəm. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə minnətdaram ki, mənə kömək etdilər və başa düşdülər. Gimnastika Federasiyasına mənə etdiyi hər yaxşılığa görə təşəkkür edirəm. Siz mənə çox şey öyrətdiz. Mən bunu həyatım boyu xatırlayacam. Bütün dostlarıma "saq ol” deyirəm. Sizinlə bu cür vidalaşacağımı heç vaxt düşünməzdim. Amma mən böyük sevgi və ürək ağrısı ilə gedirəm. Səni sevirəm, Azərbaycan!” 
 

 
Sport7.az

Xəbər lenti