"Belə səhvlər edəndə, cəzalanmaq qaçılmazdır" - "Sabah"ın baş məşqçisi

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan "Kəpəz"lə matçdan sonra "Sabah"ın baş məşqçisi Visente Qomes fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, Masazırda keçirilən görüşdə 1:2 hesabı ilə məğlub olub kubokda mübarizəni dayandıran meydan sahiblərinin ispan çalışdırıcısı bunları söyləyib: "Maraqlı oyun alındı. Fikrimcə, yaxşı oynadıq. Bir neçə qol vəziyyəti yaratdıq, qol vurduq. Bundan əlavə, komandanın oyununda intensivilik var idi. Səhvlərimiz də oldu. Bu cür rəqiblərlə oyunda belə səhvlər edəndə, cəzalanmaq qaçılmazdır. Çalışmalıyıq ki, gələcək oyunlarda bu səhvləri aradan qaldıraq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR