Benzema Messi, Ronaldo və Raulla eyni sırada

Benzema Messi, Ronaldo və Raulla eyni sırada

UEFA Çempionlar Liqasının 2-ci turunun B qrupunda İspaniya təmsilçisi "Real Madrid" Almaniyanın Mönhenqladbax şəhərində "Borussiya" ilə qarşılaşıb.

Sport7.az xəbər verir ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Kral klubu"nun heyətində Kərim Benzema və Kazemiro fərqləniblər. "Borussiya" Benzemanın Çempionlar Liqasında qol vurduğu 30-cu klub olub. O Çempionlar Liqasında 30 müxtəlif komandaya qol vuran dördüncü futbolçu olub. Kərim Benzema bu göstərici üzrə Lionel Messi, Kriştianu Ronaldu və Raulla eyni siyahıda yer alıb.

"Borussiya" iki xal toplayaraq B qrupunun yarış cədvəlində ikinci yer tutur. "Real" 1 xalla sonuncu - 4-cü yerdə qərarlaşıb.

Bundesliqa klubu növbəti turda səfərdə "Şaxtyor"la oynayacaq, "Real" isə evdə "İnter"i qəbul edəcək. Hər iki matç noyabrın 3-də olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR