Benzema Roberto Karlosu keçdi

Benzema Roberto Karlosu keçdi

Fransalı futbolçu Kərim Benzema "Real"ın tarixinə düşüb.

Sport7.az xəbər verir ki, 34 yaşlı hücumçu Madrid təmsilçisinin heyətində Çempionlar Liqasında 108-ci oyununu keçirib. Təcrübəli forvard 1/4 final mərhələsi çərçivəsində məğlub etdikləri "Liverpul"la matçda "Kral klubu"nun sabiq futbolçusu Roberto Karlosun rekordunu qırıb.

"Real"da indiyədək yalnız 3 futbolçu Çempionlar Liqasında Benzemadan daha çox oyuna çıxıb. Hazırkı kapitan Serxio Ramos 128, keçmiş hücumçu Raul Qonsales 130, sabiq qapıçı İker Kasilyas isə 150 qarşılaşmada meydanda olub.

Benzema 2009-cu ildən "Real"ın formasını geyinir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR