Bərdədəki Olimpiya Mərkəzi raket zərbəsindən dağılıb - FOTOLAR

Bərdədəki Olimpiya Mərkəzi raket zərbəsindən dağılıb - FOTOLAR

Bərdədəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağıdılıb.

Sport7.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. MOK-dan hadisə ilə bağlı açıqlma verilib: "Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik".

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR