Beş azərbaycanlı futbolçu Türkiyəyə yollandı

Beş azərbaycanlı futbolçu Türkiyəyə yollandı
Son vaxtlar futbolçularımızın Türkiyəyə axını sürətlənib.

Sport7.az xəbər verir ki, bu günlərdə daha beş azərbaycanlı futbolçu qardaş ölkəyə yollanıb. "Bakı"nın yetirməsi olan həmin futbolçular orda müxtəlif klublarda baxışdan keçəcəklər.

Təəssüflər olsun ki, həmyerlilərimizin axını Super Liqa və 1-ci liqaya deyil, həvəskar komandalaradı. Bu futbolçular BAL Liqası adlanan  çempionatda mübarizə aparan klublara yollanıblar. BAL Liqası Türkiyənin regional həvəskar çempionatıdır - Bölgəsəl Amatör Liqa.

Bizə qalan onların orda türkiyəli mütəxəssislərin diqqətini cəlb edəcəyinə və peşəkar klublara yüksələcəyinə inanmaqdı.

Sport7.az



Xəbər lenti