"Beşiktaş" "Fənərbaxça" ilə oyuna çıxmayacaq - RƏSMİ AÇIQLAMA

Bildiyiniz kimi, Türkiyə Futbol Federasiyası Türkiyə kubokunun yarımfinal mərhələsinində qalmaqla səbəbindən yarımcıq qalan "Beşiktaş" - "Fənərbaxça" oyununun təxirə salındığı 57-ci dəqiqədən etibarən, azarkeşsiz davam etdirilməsi haqda qərar verib.
 
Lakin bu gün yayılan məlumata görə, "Beşiktaş”  "Fənərbaxça” ilə cavab oyununa çıxmayacaq.
 
Sport7.az xəbər verir ki, bu barədə klub məlumat verib.
 
Rəsmi saytda yayımlanan bəyanatda İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyasının qalmaqallı matç haqda qərarına etirazını bildirib.

"Beşiktaş"ın bəyanatında deyilir: "Hər zaman əməyi, hörməti və alın tərini ifadə edən 115 illik tariximiz ilə "Beşiktaş”lılıq duruşu sərgiləyərək hüquqa zidd verilən bu qərara münasibətimimizi görətəririk. Tək yolumuz mayın 3-də keçiriləcək oyuna çıxmamaqdır. 115 ildir meydanda qazandıq, uduzduq, heç-heçə etdik. Masada uduzan olmağı qəbul etməmək üçün oyuna çıxmayacağıq. Bu qərarımızın böyük "Beşiktaş” azarkeşlərinin səsinin də eşitdirilməsi baxımından ən ləyaqətli addım olacağına inanırıq".

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
 
Sport7.az

Xəbər lenti