"Beşiktaş" futbolçusunu satacaq

"Beşiktaş”da ayrılıq yaşana bilər. 

Sport7.az xəbər verir ki, İstanbul klubunun futbolçusu Matey Mitroviç komandadan gedə bilər. 

"Beşiktaş"a Domaqoj Vidanın gələcəyi təqdirdə, 23 yaşlı xorvat oyunçu başqa kluba satılacaq. Onun böyükehtimalla alman klublarından birinə keçəcəyi gözlənilir. 

Qeyd edək ki, İstanbul təmsilçisi 4.2 milyon avroya aldığı müdafiəçini 3-3.5 milyon avroya satmaq niyyətindədir. 
 
Sport7.az

Xəbər lenti