"Beşiktaş" "İnter"dən futbolçu aldı

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

Sport7.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. 

Xəbərə görə, "qara qatallar" İtaliya "İnter"inin müdafiəçisi Qari Medeli heyətinə cəlb edib.

Sabah tibbi müayinədən keçəcək 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Medelinin yeni klubunda ilinə 2 milyon 300 min avro maaş alacağı deyilir. 
 
Sport7.az

Xəbər lenti