"Beşiktaş" Neqredo ilə vidalaşır?

Mövsümün əvvəlində "Beşiktaş"dan göndəriləcək futbolçuların siyahısında olan Neqredo sonradan komanda da saxlanılmışdı.

Sport7.az xəbər verir ki, "qartal"ın heyətində bu mövsüm 3 rəsmi oyunda qol vuran ispan oyunçu transfer oluna bilər.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubu Neqredonu heyətinə qatmaq istəyir. Ərəb klubunun serb baş məşqçisi İvan Jovanoviç Neqredonun transferində israrlıdır.

Transfer reallaşdığı təqdirdə "Beşiktaş" 1 milyon 500 min avro, Neqredo isə hər mövsüm üçün 7 milyon qazanacaq. Futbolçu indiyə qədər İstanbul klubunda illik 4 milyon 350 min avro qazanırdı.
 
Sport7.az

Xəbər lenti