"Beşiktaş" onunla yolları ayırır

Atiba Hutçinson 5 illik "Beşiktaş" karyerasını bitirməyə hazırlaşır.
 
Sport7.az xəbər verir ki, mövsümün sonunda müqaviləsinin müddəti bitəcək futbolçu klubla yeni anlaşma imazalamayıb. Rəhbərliklə görüşən futbolçu 1+1 illik müqavilə tələb etmişdi. Futbol komitəsi isə 35 yaşlı futbolçuya 1 illik, özüdə hər dəfə meydana çıxacağı təqdirdə maaş təklif edilib. Anca hər kəs öz fikrini dəyişmədiyindən tərəflər anlaşa bilməyib. 
 
Bu üzdən Atiba rəhbərliyə mövsüm bitəndən sonra klubdan ayrılacağını çatdırıb. 
 
Türkiyə mətbuatının yazdığına görə futbolçu artıq "Göztəpə" ilə danışıqlara başlayıb və müqavilə bağlamağa yaxındı. 
 
2013/14 mövsümündə "PSV Eyndhoven"dən transfer edilən kanadalı futbolçu 5 ildi "Beşiktaş"ın formasını geyir. Performansı ilə "Qara-ağlar"ın unudulmaz oyunçularından birinə çevrilən Atiba komandanın son iki çempionluğunda önəmli pay sahibi olub. 
 
Futbolçu 187-si ilk "11-lik"də olmaqla, "Beşiktaş"ın heyətində 194 matça çıxıb və 9 qola imza atıb.
 
Sport7.az

Xəbər lenti