"Bavariya" və "Barselona" 1/4 finalda! - YENİLƏNDI

Bu gün Çempionlar Liqasında 1/8 finalın sonuncu cavab matçları oynanılacaq. 

Sport7.az xəbər verir ki, bu qarşılaşmalardan sonra ¼ finala yüksələn bütün komandalar məlum olacaq.

İstanbulda "Bavariya”nı qəbul edəcək "Beşiktaş”ın 0:5 hesablı məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür. Bununla belə "qara qartallar” azarkeşlərini qələbəylə sevindirmək, həm də ağır məğlubiyyətin təsadüfi olduğunu isbatlamaq əzmindədirlər. Yupp Haynkesin Türkiyədəki oyunda əsas heyət üzvlərinə istirahət verəcəyi gözlənilir. Bu isə "Beşiktaş”ın qələbə şanslarını artırır.


"Barselona” – "Çelsi” qarşılaşmasında isə londonluları çətin sınaq gözləyir. İlk oyunda qələbəni əldən verən "Çelsi” mütləq qələbə qazanmalı, yaxud da 2:2 hesablı heç-heçəyə nail olmalıdır.

Çempionlar Liqası, 1/8 final (cavab oyunları)
 
21:00. "Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya) 1:3
(Alcantara, 18)
Baş hakim: Maykl Oliver (İngiltərə)
İstanbul, "Vodafone Park” stadionu
İlk oyun – 0:5
 
23:45. "Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə) 3:0
Baş hakim: Damir Skomina (Sloveniya)
Barselona, "Nou Kamp” stadionu
İlk oyun – 1:1
 
Sport7.az

 

Xəbər lenti