"Beşiktaş" sabiq futbolçusunu geri qaytardı

"Beşiktaş” heyətini gücləndirib.
 
Sport7.az xəbər verir ki, "ağ-qaralar" "Yeni Malatyaspor”dan ayrılan Gökhan Töreni transfer edib. Bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. 28 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Onun İstanbul təmsilçisində 70 nömrəli formanı geyinəcəyi bildirilir.

Təcrübəli futbolçu 2013-2019-cu illərdə də "Beşiktaş”ın heyətində yer alıb. Əvvəllər Türkiyə yığmasının heyətinə cəlb olunmuş G.Töre karyerası ərzində İngiltərənin "Çelsi”, "Vest-Hem Yunayted”, Almaniyanın "Bayer Leverkuzen”, "Hamburq”, Rusiyanın "Rubin” klublarında çıxış edib.

Ötən mövsüm "Yeni Malatyaspor”un heyətində 28 görüşdə meydana çıxan Töre 2 qol vurub və 5 məhsuldar ötürmə verib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR