“Beşiktaş” sabiq hücumçusunu geri qaytardı

“Beşiktaş” sabiq hücumçusunu geri qaytardı

İstanbul təmsilçisi "Beşiktaş” sabiq hücumçusunu komandaya qaytarıb.

Sport7.az xəbər verir ki, kamerunlu qolçu Vinsent Abubakar yenidən "ağ-qara” formanı geyinəcək. Dünən tibbi yoxlamadan keçən futbolçuyla "1+1” sistemiylə müqavilə imzalanıb.

Abubakar 3 illik aradan sonra "Beşiktaş”a dönüb. 2016-2017-ci il mövsümündə "qara qartallar”ın şərəfini qoruyan hücumçu 38 oyunda 19 qolun, 4 məhsuldar ötürmənin müəllifi olmuşdu.

İndiyə qədər 63 dəfə Kamerun millisində forma geyinən Vinsent 20 qolun müəllifidi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR