"Beşiktaş"ın adını çəkdi, klubundan qovuldu - FOTO

"Bursaspor"un aşağı yaş qruplarında forma geyən gənc futbolçu Yiğit Şengil sosial mediadakı paylaşımının "qurbanı" olub. 
 
Sport7.az xəbər verir ki, 16 yaşlı oyunçu sosial mediadakı hesabında "Beşiktaş"ın loqosunu paylaşaraq üzərinə "var bir xəyalımız" sözlərini yazıb. Xəyallarındakı komandanın adını açıqlayan gənc oyunçu məhz bu addımına görə "Bursaspor"dan qovulub. 
 
Klub onlara aidiyyat duyğusu hiss etmədiyi üçün Şengillə yollarını ayırdıqlarını rəsmən açıqlayıb. 
 
Futbolçu isə açıqlamasında sosial mediadakı paylaşımın bu qədər böyüyəcəyini düşünmədiyini və "Bursaspor"un çıxardığı qərara hörmətlə yanaşdığını bildirib.
 
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR