"Beşiktaş"ın futbolçusu həbs oluna bilər - 2 il müddətinə

"Beşiktaş"ın müdafiəçisi Caner Erkin həbs oluna bilər.
 
Sport7.az xəbər verir ki, buna səbəb futbolçunun hakimi təhqir etməsi olub. 
 
Belə ki, Caner "Başakşəhər”lə oyunda ona sarı vərəqə göstərən görüşün baş hakimi Mete Kalkavanın ünvanına xoşagəlməz ifadələr səsləndirib və kameralara yanslyıb. 

İstanbul Cəza Məhkəməsi qəbul etdiyi iddianaməyə əsasən 28 yaşlı futbolçunu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Sport7.az

Xəbər lenti