"Beşiktaş"ın sabiq futbolçusu məşqçi olacaq

"Beşiktaş"ın sabiq futbolçusu Daniel Panku karyerası ilə bağlı vacib qərar verib. Sport7.az xəbər verir ki, 38 yaşlı hücumçu məşqçiliyə başlayacaq.

Hazırda Rumıniyanın "Voluntari" klubunda çıxış edən forvard artıq adını məşqçilik kursuna yazdırıb. Bundan başqa onun komanda yoldaşı Vasile Maftei də Pankuya qoşulacaq.

Qeyd edək ki, Panku hazırda Rumıniya çempionatınında meydana çıxdığı 9 oyunda 1 qol vurmağı da bacarıb. O, 2002-2006-cı illər ərzində İstanbul klubunun şərəfini qoruyub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR