"Beşiktaş"ın yeni transferi rəsmən açıqlandı

"Beşiktaş" ara transfer dönəmində növbəti "bombası"nı partladıb.
 
Sport7.az xəbər verir ki, "Qartal" Domqoy Vidanın ardından Kayl Larinlə müqavilə imzalayıb. 22 yaşlı gənc hücumçu ilə 4,5 illik anlaşma əldə olunub.
 
ABŞ-da "Orlando Siti" ilə müqaviləsi bitən futbolçu "Beşiktaşla" anlaşaraq gecə saatlarında İstanbula gəlib. Anlaşma klubun rəsmi saytı vasitəsilə ictimaiyyətə çatdırılıb.
 
"Beşiktaş"ın yeni hücumçusunun maaş detalları da açıqlanıb. Larin 2017-2018 mövsümünün ikinci yarısı üçün 750 min avro alacağı bildirilib. Qalan 4 il ərzində gənc hücumçu illik 1,6 milyon avro alacaq. "Orlando Siti"dən 192 min dollar qazanan Larin, yeni müqaviləyə əsasən bundan 10 dəfə çox maaş alacaq.

Sport7.az

Xəbər lenti