Bəxtiyar Musayev "Keşlə"də

Bəxtiyar Musayev
"Keşlə”nin məşqçilər korpusuna daha bir azərbaycanlı mütəxəssis cəlb olunub.
 
Sport7.az xəbər verir ki, klub rəhbərliyi Bəxtiyar Musayevin də xidmətindən yararlanacaq.

"Neftçi”nin sabiq məşqçisi bundan sonra "Keşlə”də çalışacaq. O seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək. Musayev yeni komandasının ilk məşqində də iştirak edib.

Bəxtiyar bəy "Neftçi”də də uzun müddət məhz seleksiyaçı-məşqçi kimi çalışıb.
 
Sport7.az

Xəbər lenti