Beynəlxalq karate turniri başa çatdı

Beynəlxalq karate turniri başa çatdı

5-8 Mart tarixlərində paytaxtın Boks İdman Mərkəzində 11-ci "Baku Open" Beynəlxalq Karate Turniri sona yetib.

Sport7.az xəbər verir ki, dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə 7 ölkədən 744 idmançı və komanda mübarizə aparıb. Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edib. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiya idmançıları çıxış ediblər.

4 günün nəticələrinə əsasən "Qara Qaplan" klubu birinci, "Arpaçay" ikinci, Mərkəzi karate Məktəbi isə üçüncü yeri tutub. Yarışı 3 ölkədən 6 beynəlxalq və 32 milli dərəcəli hakim idarı edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR