Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirildi

Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresi keçirildi

20 ildən sonra Beynəlxalq Qılıncoynatma Federasiyasının ilin yekunlarına həsr olunan konqresi Beynəlxalq Olimpiya Komitəsinin yarandığı İsveçrənin Lozanna şəhərində baş tutub.
 
Sport7.az xəbər verir ki, 300-dən artıq nümayəndə heyətinin iştirak etdiyi toplantı "SwissTech Convention” mərkəzində keçirilib. Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Usmanov tədbir iştirakçılarını salamladıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax FİE prezidentinə olimpiya dəyərlərini əks etdirən xüsusi mükafatı təqdim edib.
 
Konqresdə həmçinin 2021-ci ildə dünya çempionatının Misirdə keçirilməsi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda 2022-ci ildə keçiriməsi nəzərdə tutulan bütün çempionatların ev sahibi ölkələrinin namizədliyi prosesinə başlanılıb. Konqresdə Azərbaycan Qılıncoynatma Federasiyasını baş katib Vasif Məmmədov təmsil edib. Hazırda Beynəlxalq Qılıncoynatma Federasiyasına 157 ölkə üzvdür.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR