“Bezotosnının gücündən vaxtı çatanda danışarıq” – Aqil Məmmədov

“Bezotosnının gücündən vaxtı çatanda danışarıq” – Aqil Məmmədov
"Qəbələ”dən ayrılan və "Neftçi”yə keçəcəyi gözlənilə qapıçı Aqil Məmmədov müsahibə verib.

Sport7.az həmin müsahibəni təqdim edir:

- "Qəbələ”dən ayrılmağın dəqiqləşdi?
- Bəli, artıq komandadan ayrılmışam. Hər şey rəsmiləşib. Transfer vərəqəmi də verdilər.

- "Qəbələ”dən gedişinin  səbəbi "Neftçi”yə keçmək istəyindir?
- Yox, əsas istəyim oynamaqdır. Ehtiyatda qalmaq istəmirdim. Bu səbəbdən də "Qəbələ”dən ayrıldım.

- Bilirik ki, həm Elvin Məmmədova, həm də sənə təklif gəlmişdi. Amma Roman Qriqorçuk ikinizin də komandada qalmağınızı istəmişdi. Necə oldu ki, getməyinə icazə verdi?
- Özü ilə danışdım. Vəziyyəti izah etdim. Dedim, oynamaq istəyirəm. Sağ olsun, qərarımı hörmətlə qarşıladı, məni başa düşdü. Getməyimə icazə verdi. Buna görə həm "Qəbələ” klubuna, həmdə baş məşqçiyə təşəkkürümü bildirirəm.

- Qriqorçuka qərarını açıqlayanda komandada qalmağı təklif etdimi?
- Əlbəttə, qalmağı təklif etdi. Amma yenə deyirəm, mən oynamaq istəyirəm. Ehtiyatda oturan vaxtım deyil. Oynamaq üçün də əlimdən gələni edəcəm.

- Ümumiyyətlə,”Qəbələ”də əsas heyətə niyə düşə bilmirdin? Dmitri Bezotosnı çox güclüdür?
- Bu barədə danışmaq istəmirəm. Hələ vaxtı deyil. Vaxtı çatanda danışarıq.

- Bir müddətdir adın "Neftçi” ilə hallanır. "Qəbələ” səni buraxdığına görə artıq ortada bir maneə qalmadı...
- Hələ "Neftçi” məsələsində dəqiq bir şey yoxdur. Dəqiq olmayan şey haqqında mən necə danışım? Hələ gözləyirəm.

- "Neftçi”dən başqa hansısa klubdan təklif almısan?
- Bu dəqiqə bu haqda danışmaq çox tezdir. Qarşıda danışmaq üçün çox vaxtımız olacaq. Hələ gözləyirəm. (Qol.az)
 

Xəbər lenti