Bir futbolçunu iki klub transfer etdi - FOTOLAR

Bir futbolçunu iki klub transfer etdi - FOTOLAR
Şimali İrlandiya çempionatının son qalibi "Linfild” və gümüş mükafatçısı "Kruseyders” eyni gündə Coş Robinsonu transfer etdiklərini açıqlayıb.

Sport7.az xəbər verir ki, bu haqda məlumatı ESPN yayıb. Telekanal, sözügedən klubların 24 yaşlı müdafiəçinin keçidini 59 dəqiqəlik fərqlə "Twitter” vasitəsi ilə elan etdiyini bildirib.

"Linfild” burada da rəqibini qabaqlayıb.
 
Lakin "Kruseyders” klubundan bildiriblər ki, Robinsonla hələ iyunun əvvəlində müqavilə bağlayıblar. Futbolçu özü sabiq komandası – İngiltərənin Milli Liqasında (5-ci dəstə) mübarizə aparan "York Siti” ilə sənəd məsələlərini həll etmək üçün transferinin iyunun 30-da elan edilməsini istəyib. Artıq hər iki klub mübahisəli məsələnin həlli üçün tələb olunan sənədləri Şimali İrlandiya Futbol Federasiyasına təqdim ediblər.

Robinson 2012-2016-cı illərdə "Kruseyders”də çıxış edib. O, bu komandanın heyətində 105 oyun keçirib.
 

 
 
Sport7.az

Xəbər lenti