"Bir insan belə qərar vermək üçün heyvan olmalıdı" - Buffon

"Real"la matçda qələbə qazanmasına baxmayaraq ÇL-də mübarizəni dayandıran "Yuventus"un qapıçısı Canluici Buffon oyundan sonra emosional açıqlamalarla diqqət çəkib.

Sport7.az xəbər verir ki, təcrübəli qapıçı hakimi heyvan adlandırıb.

"Hər kişidə olan həssasiyyət, hakimdə yoxmuş. Komanda hər şeyini meydanda qoydu, amma möhtəşəm geridönüşün ardından belə şübhəli bir durumda o qərarı verməməlidi. O qədər ürəkli deyilsə, evində otursun həyat yoldaşı ilə çips yeyib, limonad içsin. Həyat davam edir. Oynadığımız oyundan dolayı xoşbəxt və qürurluyam. İmkansız görünəni etdik. Belə bir sonluq isə utancverici idi. Bir insan belə qərar vermək üçün heyvan olmalıdı".

Sport7.az

Xəbər lenti