"Bir qədər ehtiyatlı olmalıyıq" - "Panatinaikos"un baş məşqçisi

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, afinalıların baş məşqçisi açıqlama verərək, püşkatmanın nəticəsini dəyərləndirib.

Təcrübəli çalışdırıcı təmsilçimiz haqda bunları deyib: "Rəqib bizim üçün tanış deyil. Bu da işimizi biz çətinə salır. Bir qədər ehtiyatlı olmalıyıq. Bildiyim qədəri ilə son illərdə Azərbaycan futbolu inkişaf edir. Rəqibin bundan əvvəlki oyunlarını izləyib, "Qəbələ" haqda məlumat əldə etməyə çalışacağıq". 

Xatırladaq ki, bu komandalar arasında ilk oyun avqustun 20-də Yunanıstanda, cavab görüşü isə bir həftə paytaxtımızda baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR