"Bir xəyalım var, ..." - Cazibədar aparıcıdan etiraf

Diyeqo Maradonanın İngiltərə ilə matçda əllə vurduğu qolun üzərindən 34 il keçib. Ancaq üzərindən uzun zaman keçməsinə baxmayaraq hələ də bu haqda veteran futbolçunun sabiq klubu "Napoli" də bununla bağlı paylaşımlar edir. 

Sport7.az xəbər verir ki, paylaşım edənlərdən biri də qatı "Napoli" azarkeşi olan tanınmış idman spikeri Floriana Messinadır. 
 
A Seriyada gəlmiş-keçmiş ən yaxşı futbolçu olan Maradonun Napolidə divara böyük ölçüdə muralı həkk olunub. Xanım azarkeş həmin rəsmin önündən fotosunu paylaşaraq sevimli futbolçusu haqqında bunları yazıb.

"Maradona Tanrıdır. Maradona futboldur. O, sizin kimi deyil, o, həmişə bizimlədir. Bir xəyalım var, o da səni tapmaq!"
 

 
 
 
 




Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR