Biri Yunanıstanda, digəri Çexiyada

Biri Yunanıstanda, digəri Çexiyada
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının AVRO-2020-nin seçmə mərhələsinin oyunlarını keçirəcəyi yer və tarix dəqiqləşib.
 
Sport7.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Yunanıstanda qüvvəsini sınayacaq.

Millimiz meydan sahibləri, Almaniya və Qazaxıstanla mübarizə aparacaq. Bu qrupun oyunları 2019-cu il noyabrın 13-dən 19-dək keçiriləcək.

U-19 isə Çexiyada meydan sahibləri, Norveç və San Marino ilə qarşılaşacaq. Bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək təşkil olunacaq.
 
Sport7.az

Xəbər lenti