Birinci Divizionda

Birinci Divizionda "sülh" günü

Birinci Divizionun 4-cü turu çərçivəsində bu gün daha iki qarşılaşma keçirilib.
 
Sport7.az xəbər verir ki, "Qaradağ Lökbatan" "Kapital Bank Arena"nın ehtiyat meydançasında "Sumqayıt"ın əvəzedicilərinin qonağı olub. Matç bərabərliklə yekunlaşıb.
 
Günün digər qarşılaşmasında "Keşlə-2" "ASK Arena"da "Turan Tovuz"la görüşüb. Bu oyunda da tərəflər meydandan "sülh"lə ayrılıb.
 
Birinci Divizion, 4-cü tur 

"Sumqayıt-2" - "Qaradağ Lökbatan" 1:1
(Nurlan Quliyev (p.), 37 // Elşən Veysov, 62)
 
"Keşlə-2" - "Turan Tovuz" 0:0
 
4-cü tura sabah bir oyunla yekun vurulacaq. MOİK "ASCO Arena"da "Sabah-2" ilə qarşılaşacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR