Birinci liqada oyun alqı-satqısı iddiası

Birinci liqada oyun alqı-satqısı iddiası
İsveç Futbol Federasiyası oyun-alqı satqısı şübhəsi səbəbindən birinci liqanın 9-cu turunda bu axşam oynanılmalı olan "Göteborq" - AİK matçını təxirə salıb. 
 
Sport7.az xəbər verir ki, Federasiya rəsmi saytı vasitəsilə AİK-in futbolçularından birinə "Göteborq"dan təklif gəldiyini, uduzacaqları halda onlara böyük məbləğdə pul veriləcəyini və hədə-qorxuyla üzləşmələri ilə bağlı açıqlama verib.
 
Alqı-satqı iddiasına sərt reaksiya verən qurum rəsmisi Hakan Syöstrand "Bu İsveç futboluna çox ciddi hücumdu və qəbulolunmazdı. Əlimizdəki bilgilərə əsasən "Götüborq"la AİK arasındakı matçın təmiz keçəcəyi ilə bağlı təminat verə bilməzdik. Bu üzdən oyunu təxirə saldıq" fikirlərini söyləyib. 
 
Sport7.az

Xəbər lenti