"Birinci qola qədər psixoloji gərginlik var idi" - Zaur Həşimov

"Zirə"nin baş məşqçisi Zaur Həşimov kubokun 1/8 final mərhələsində keçirdikləri "Qaradağ Lökbatan"la oyun haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis alınmadı, sadəcə, birinci qola qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR