Birminqem (WTA): Barti cari mövsümdə üçüncü titulunu qazandı

Birminqem (WTA): Barti cari mövsümdə üçüncü titulunu qazandı

 
Birminqemdə keçirilən, "Premier" seriyalı "Nature Valley Classic" turnirinə yekun vurulub.

Finalda Əşli Barti və Yuliya Qörqes üz-üzə gəlib. 6-cı qeymdə breyk edən avstraliyalı tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setin gedişində 0:3 geri düşməsinə baxmayaraq, iki breyklə oyuna qayıdan Barti bu səfər Qörqesi 7:5 üstələyib. Nəticədə 2:0 hesabı ilə qələbə qazanan 23 yaşlı raketka ustası "Natue Valley Classic" turnirinin qalibi olub.


Nature Valley Classic (Premier)

Birminqem, Böyük Britaniya

Final

Əşli Barti (Avstraliya) - Yuliya Qörqes (Almaniya) - 2:0 (6:3, 7:5)


Cari mövsümdə üçüncü, ümumilikdə isə karyerasının altıncı titulunu qazanan Əşli Barti bu gün açıqlanan WTA sıralamasında birinci pilləyə yüksəlib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR