Birminqem (WTA): Barti Vilyamsa qalib gəldi, Ostapenko turnirlə vidalaşdı

Birminqem (WTA): Barti Vilyamsa qalib gəldi, Ostapenko turnirlə vidalaşdı

Birminqemdə keçirilən, "Premier" seriyalı "Nature Valley Classic" turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Dünya iki nömrəsi, "Rolan Qarros"un son qalibi Əşli Barti Vinus Vilyamsa set vermədən yarımfinala yüksəlib. Petra Martiç Alyona Ostapenkonu mübarizədən kənarlaşdırıb.

Barbora Strıçova Kristina Plişkovanı, Yuliya Qörqes isə Yuliya Putintsevanı məğlub edib.


Nature Valley Classic (Premier)

Birminqem, Böyük Britaniya

1/4 final

Barbora Strıçova (Çexiya) - Kristina Plişkova (Çexiya) - 2:0 (6:2, 6:4)

Petra Martiç (Xorvatiya) - Alyona Ostapenko (Latviya) - 2:1 (6:7, 7:5, 6:1)

Əşli Barti (Avstraliya) - Vinus Vilyams (ABŞ) - 2:0 (6:4, 6:3)

Yuliya Qörqes (Almaniya) - Yuliya Putintseva (Qazaxıstan) - 2:0 (6:3, 6:2)


Yarımfinalda Barti Strıçova ilə, Martiç isə Qörqeslə qarşılaşacaq.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR