"Biz "Barselona" deyilik" - "Sabah"ın baş məşqçisi

"90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz "Barselona" deyilik."
 
Sport7.az xəbər verir ki, bu sözləri "Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
 
Onun sözlərinə görə, "Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. "Sumqayıt"ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq. Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR