"Biz də zəif komanda deyilik" - Əmrah Çəlikəl

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" komandası ilə qarşılaşacaq. Sport7.az xəbər verir ki, ağdamlıların icraçı direktoru Emrah Çəlikəl püşkün nəticəsi ilə bağlı fikirlərini açıqlayıb.

"Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, "Yanq Boyz" da güclü komandadır. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə baş tutması çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".

Qeyd edək ki, "Qarabağ" ilk oyununu 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab matçı baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR