"Biz heç-heçə yox, qələbəyə layiq idik" - Poçettino

Çempionlar Liqasının 1/8 final mərhələsində "Tottenhem" "Yuventus" ilə 2:2 hesablı sülh bağlayıb. 

Sport7.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Maurissio Poçettino matç haqda fikirlərini səsləndirib. 

"Fantastik oyun oldu. Biz oyuna səliqəsiz başladıq və 9 dəqiqəyə iki qol buraxdıq. Ancaq göstərdiyimiz xarakter möhtəşəm idi. Mən oyunçularımı təbrik edirəm. Turində belə bir rəqibin müqavimətini qırmaq çətindir. Biz heç-heçə yox, qələbəyə layiq idik", deyə mütəxəssis "BBC Sport"a açıqlamasında bildirib. 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 7 martda Londonda baş tutacaq. 
 
Sport7.az

Xəbər lenti