“Biz Qriqorçuku gözləyirik” – Klub prezidenti

“Biz Qriqorçuku gözləyirik” – Klub prezidenti
"Astana”nın prezidenti Sayan Hamitcanov Roman Qriqorçukla bağlı fikirlərini Qazaxıstan mətbuatıyla bölüşüb.

Sport7.az xəbər verir ki, prezident ukraynalı mütəxəssisin yolunu gözlədiklərini bildirib:

"Biz həmişə Roman Qriqorçukun geri dönəcəyini gözləyirik. Onun klubdan ayrılması ilə bağlı qərar yoxdu, olsaydı hamıya açıqlayardıq. Qriqorçuk şəxsi problemlərini həll edəcək və geri dönəcək. Qalan bütün iddialar boş sözlərdir”.

Sport7.az
 

Xəbər lenti