Biz yazdıq, Qazaxıstanda təsdiqləndi – Qriqorçukun dönüş tarixi bəllidi

Biz yazdıq, Qazaxıstanda təsdiqləndi – Qriqorçukun dönüş tarixi bəllidi

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun köhnə-yeni iş yerinə dönəcəyi tarix bəllidi.
 
Sport7.az xəbər verir ki, ukraynalı mütəxəssis "Astana"nın baş məşqçisi kimi öz fəaliyyətini yanvarın 15-dən bərpa edəcək.
 
Məhz həmin tarixdə Qazaxıstan çempionu yeni mövsümün hazırlıqlarına start verəcək. Birləşmiş Ərəb Əmirliklərində başlayacaq təlim-məşq toplanışına Roman Qriqorçuk başçılıq edəcək. Babayan isə onun köməkçisi kimi vəzifəsində qalacaq.
 
Bu barədə klubun artıq sabiq prezidenti Sayan Hamitcanov postundan ayrılması ilə bağlı verdiyi yekun müsahibəsində bildirib.
 
Xatırladaq ki, hadisələrin məhz bu ssenari ilə cərayan edəcəyini Sport7.az hələ dekabrın 30-da yazmışdı: http://sport7.az/qriqorcukdan-yeni-xeber-ermeninin-tutduu-yere-qayidir

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR