Biz yolunu gözləyirik, ruslar yığmaya çağırdılar

Biz yolunu gözləyirik, ruslar yığmaya çağırdılar
Futbol üzrə Rusiyanın gənclərdən ibarət yığmasının heyəti açıqlanıb.

Sport7.az xəbər verir ki, baş məşqçi Yevgeni Buşmanov 23 futbolçuya dəvət göndərib. Onların arasında müqavilə ilə Moskva "Spartak”ına məxsus olan, lakin icarə əsasında "Rostov”da forma geyinən əslən azərbaycanlı yarımmüdafiəçi Ayaz Quliyev də var.

Ayaz martın 23-də Makedoniya, bundan 4 gün sonra isə Cəbəllütariqə qarşı keçiriləcək yoxlama oyunlarında meydana çıxa bilər.

Xatırladaq ki, Ayaz Quliyevin Azərbaycan yığmasında da oynayacağına dair iddialar səslənir. Futbolçu özü də AFFA-nın baş katibi Elxan Məmmədovla bu barədə danışıqlar apardığını təsdiqləmiş, amma detalları açıqlamamışdı.

Sport7.az
 

Xəbər lenti