“Bizim üçün nəticə önəmli idi” – “Makkabi”nin məşqçisi

“Bizim üçün nəticə önəmli idi” – “Makkabi”nin məşqçisi

"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik".
 
Sport7.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" komandasının məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
 
Mütəxəssis bildirib ki, komanda ən yaxşı oyununu göstərməyib: "Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".
 
Qeyd edək ki, "Makkabi"nin baş məşqçisi Yorqos Donis cəzalı olduğu üçün texniki zonada əyləşə və mətbuat konfransına qatıla bilməyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR