Bizimkilər

Bizimkilər "İnstaqram"da nə paylaşır? - FOTOLAR

Ötən gün bütün dünya "Müqəddəs Valentin günü"nü qeyd edirdi. İnstaqramda "Arsenal"ın futbolçusu Məsüt Özilin sevgililər günü ilə bağlı paylaşımını gördüm. O, nişanlısı - model və aktrisa Amina Gülşə ilə günə özəl fotosunu paylaşmışdı. Bizim futbolçuların da bu günü necə qeyd etdikləri maraqlı gəldi. Bu səbəbdən yerli və legioner futbolçularımızın instaqram səhifələrində gəzintiyə çıxdım. 
 


Millimizin və "Qarabağ"ın futbolçusu Qara Qarayev səhifəsini məşqdən fotolar ilə bəzəyir. O, maddi sıxıntılarla üzləşən "Futbol+" qəzetinə dəstək verməyi özünə borc bilib...
 


 
 
 
 
"Qarabağ"lı digər futbolçu Araz Abdullayev isə son olaraq yanvar ayının 24-də foto paylaşıb. O, trenajor zalında məşqindın şəklini yayımlayıb.
 


Elə digər "Qarabağ"lı futbolçu Mahir Mədətov da. Onun da son paylaşımı 21 yanvar tarixinə təsadüf edir. 
 


"Qarabağ"ın futbolçusu Rəşad Sadıqov 3 gün öncə məhşur idmançı Zabit Səmədov və baş məşqçisi Qurban Qurbanov ilə görüşündən fotolar yayımlayıb. O, "20 yanvar" matəminə də laqeyd yanaşmayıb.
 
 

Bu haqda xəbər yazmışdıq. "Qarabağ"ın üzvü Riçard Almeyda bir neçə gün öncə ata olub. Elə "insta"da son paylaşımı yeni doğulmuş qızı ilə görüntüsüdür. 
 
 

"Neftçi"nin legioneri Soni Mustivar instaqramın aktiv istifadəçilərindəndir. Onun səhifəsi məşqlərindən çəkilən fotoları ilə doludur. Soni bərbərdəki fotosunu belə, sevənləri ilə paylaşır. 
 



Lakin "Neftçi"nin futbolçusu Ruslan Abışov və "Keşlə"nin qapıçısı Kamran Ağayevə bunu şamil etmək olmaz. Belə ki, hər iki futbolçunun səhifəsi kimsəsiz qalıb. Ruslan ötən ilin noyabr ayından, Kamran isə 17 iyun 2018-ci ilə tarixindən bu yana heçnə paylaşmayıb. 
 
 
Ruslanın son paylaşımı "Bayraq günü"nə aiddir. 


Bu il sabiq klubuna qayıdan "Qarabağ"ın hücumçusu Reynaldo maraqlı addım atıb. Bilmirəm, Azərbaycan dilini öyrənib, ya kiminsə köməyindən istifadə edib. Son paylaşımında Bakıya aid foto ilə Azərbaycan dilində ürək sözlərini yazıb. Bakı üçün darıxan futbolçu "Tarqovıya"da baş çəkməyə macal tapıb.
 

 
"Neftçi"nin üzvü Bagali Dabonu sona saxladım. Çünki "Sevgililər günü"nə aid yeganə paylaşımı onun səhifəsində gördüm. O, sevgilisinə bəxş etdiyi gül dəstəsinin videosunu paylaşaraq bayramı neçə qeyd etdiyini nümayiş etdirib. 
 

 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR