Bizimkilər Qazaxıstanda, qazaxlar burda...

Bizimkilər Qazaxıstanda, qazaxlar burda...

Bu gün keçirilən Avropa Liqasının oyunlarında qəribə bir təsadüf yaşanacaq.

Sport7.az xəbər verir ki, Azərbaycan təmsilçisinin iştirakıyla keçirilən oyunu qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Eyni zamanda Qazaxıstanda eyni statuslu oyunda azərbaycanlı ədalət təmsilçiləri söz sahibi olacaq.

Belə ki, "Sumqayıt” – "Şkendiya” Arman Esmuratovun başçılıq etdiyi hakimlər briqadası ədaləti qoruyacaq. Qazax hakimə onun həmyerliləri Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan kömək edəcək.

Çimkənddə keçiriləcək "Ordabası” – "Botoşani” oyununun baş hakimi Rauf Cabarovdu. Onun köməkçiləri Pərvin Talıblı, Elşad Abdullayev və Kamal Umudlu olacaq.

"Ordabası”nın baş məşqçisi "İnter” və "Standard”ın sabiq çalışdırıcısı, gürcü mütəxəssis Kaxaber Tsxadadzedir.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR